Aktyor dostu Ceyms Bondu qadın geyimində TƏBRİK ETDİ: “Tortun içindən çıxmışdım”

Hazırda oxunan: Aktyor dostu Ceyms Bondu qadın geyimində TƏBRİK ETDİ: “Tortun içindən çıxmışdım”

57385

İspan aktyoru Xavyer Bardem həmkarı, britaniyalı aktyor Daniel Kreyqlə Ceyms Bond filmlərindən olan “Skyfall”da (2012) bir-birinə düşmən olsalar da, real həyatda yaxın dostdurlar.

Bizim.Media xəbər verir ki, Bardem son açıqlamasında Kreyqə 10 il əvvəlki ad günündə etdiyi sürprizdən danışıb.

Aktyorların ad günü arasında 1 gün fərq olduğundan çəkiliş heyəti hər ikisinin doğum gününü eyni gündə qeyd etməyə qərar verib.

İspan ulduz tortun içindən qadın geyimində çıxdığını belə xatırlayıb:

“Tortun içindən çıxmışdım. Qadın geyimindəydim. O gecə Bond qızı olmağım lazım idi. Aman Tanrım, elə idim (gülür). Musiqi bacarığım olmadığı üçün ən yaxşı edə bildiyim Merlin Manro obrazı ilə “Ad günün mübarək” söyləmişdim”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO