Meqan Foks evlilik təklifi aldı: “Mümkün olacağını əsla xəyal etmədiyim...” - VİDEO

Hazırda oxunan: Meqan Foks evlilik təklifi aldı: “Mümkün olacağını əsla xəyal etmədiyim...” - VİDEO

55165

Bir ildən artıqdır birlikdə olan Meqan Foks və Maşin Kelli nişanlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə model “Instagram” hesabında məlumat verib.

35 yaşlı və 3 uşaq anası olan Meqan onun qarşısında diz çökərək evlilik təklifi edən Maşin Kellinin videosunu sosial media hesabında paylaşıb. 

Foks bu təklifi birlikdə getdikləri Puerto Riko tətilində aldığını deyib:

"2020-ci ilin iyul ayında bir banyan ağacının (Mərkəzi Afrikada bitən ağac növü – Red) altında oturduq və sehrli arzu tutduq. Qısa müddətdə birlikdə yaşayacağımız acılardan xəbərsiz idik. Münasibətin bizdən tələb edəcəyi fədakarlıqlardan xəbərsiz idik. Amma sevgidən məst olduq. Nə isə, bir il cəhənnəmdə keçdikdən sonra mümkün olacağını əsla xəyal etmədiyim qədər güldükdən sonra  onunla evlənməyimi istədi".

Qeyd edək ki, cütlük “Midnight in the Switchgrass” filminin çəkilişində tanış olublar. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO