Nadirlə Fatimə toyda belə barışdılar - VİDEO

Hazırda oxunan: Nadirlə Fatimə toyda belə barışdılar - VİDEO

49430

Müğənni Nadir Qafarzadə ilə rəqqasə Fatimə Fətəliyevanın arasındakı incikliyin bitdiyi barədə xəbər vermişdik.

Bizim.Media xəbər verir ki, sənətçilər toy məclislərindən birində barışıblar. 

Bu görüntüləri rəqqasə öz “Instagram” hesabında paylaşıb.

Videoda Fatimənin məclisdə mahnı səsləndirən Nadirə yaxınlaşaraq, onunla görüşüb və daha sonra rəqs etməyə başladığı görünür.

Xatırladaq ki, Nadirlə Fatimə arasındakı qalmaqala səbəb rəqqasənin ifaçının fəxri ad istəməsi haqda açıqlamasını ələ salması olmuşdu. Nadir daha sonra Fatiməni oğlunun toyuna çağırmayacağını, onun hər şeydən tez incidiyini deyib. Tərəflər barışdıqdan sonra Nadir Fatiməni oğlunun toyuna dəvət edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO