Məleykə Əsədova qızına “Instagram” və “Tik-Tok”u qadağan etdi – VİDEO

Hazırda oxunan: Məleykə Əsədova qızına “Instagram” və “Tik-Tok”u qadağan etdi – VİDEO

48149

Xalq artisti Məleykə Əsədova sosial şəbəkələri tənqid edib.

Bizim.Media xəbər verir ki, Əməkdar artist Sənubər İsgəndərlinin “Sənətdən kənar” proqramına qatılan ifaçı sosial şəbəkələrin sənəti ucuzlaşdırdığını və insanları tamamilə dəyişdiyini bildirib.

Əsədova yeganə övladı Gülərə feysbuk, instaqram və tik-tok kimi sosial şəbəkələrə girməyə icazə vermədiyini deyib:

“Sosial şəbəkələr sadəcə sənəti ucuzlaşdırmadı, eyni zamanda insanları da dəyişdi. Şəxsən mən qızıma tik-tok, feysbuk və instaqrama girməyə icazə vermirəm. Özü də bilir ki, anası onun o platformalardan istifadə etməsini istəmir. Mən razı deyiləm ki, qızım sosial şəbəkələrdən istifadə etsin. Nə öyrənəcək mənim övladım oradan? Yaxşısı budur, çoxlu kitablar oxusun, oradan lazımi biliklər əldə etsin”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO