Hacı Nuranın səhhətində problem yarandı – “Dualarınızı əskik etməyin” - FOTO

Hazırda oxunan: Hacı Nuranın səhhətində problem yarandı – “Dualarınızı əskik etməyin” - FOTO

48096

Aparıcı Nuran Hüseynovun (Hacı Nuran) səhhətində növbəti dəfə problem yaranıb. 

Bizim.Media yazır ki, o, bu barədə “Instagram”da məlumat yayıb. 

N. Hüseynov müalicə almaq üçün Almaniyaya yola düşəcəyini açıqlayıb:

“Yenə mənə yol göründü. Səhhətimlə bağlı Almaniyaya gedirəm. Son vaxtların gərgin iş rejimi orqanizmimə birbaşa təsir göstərdi.

Belə olacağını bilirdim. Çünki həkimlər mənə gərgin iş rejimini qadağan ediblər. Amma nə edim ki, bir yerdə durmaq, həyat qaynayarkən sakin dayanmaq mənə xas deyil.

Bu yaxınlarda Bakıda klinikalarım birində müalicə aldım. Bir az özümə gəldim. Dedilər ki, daha ciddi yataq rejiminə ehtiyac var. Bunun üçün həmişə müalicə olunduğum Almaniyadakı onkoloji klinikaya gedirəm. Xərçənglə mübarizəni davam etdirməliyəm. Mənə uğurlar diləyin, dualarınızı əskik etməyin”.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO