Rəmişin qızı Gülü haqqında DANIŞDI: “İndi bu söz-söhbət nəyə lazımdır?" - VİDEO

Hazırda oxunan: Rəmişin qızı Gülü haqqında DANIŞDI: “İndi bu söz-söhbət nəyə lazımdır?" - VİDEO

48070

"Gülü ilə heç vaxt pis münasibətimiz olmayıb. O, birdən-birə bizimlə pisləşdi. Nə ev, nə pul istəmişik. Nə də aliment verib, anam imtina edib".

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) birinci evliliyindən olan qızı Rasimə deyib. 

"Elgizlə izlə" proqramına gələn Rasimə əmisi Vaqif Hüseynovun onlarla bağlı dediyi "Gülü evdən onlara pay versin, kirayədə yaşayırlar" sözlərə aydınlıq gətirib:
 

"Qüruruma toxunub, Gülşən xanım (Gülü) dedi ki, bizə ev verib və mən satmışam, kirayədə qalıram. Kirayədə qalmıram, öz evimdir, şəhərin mərkəzində qalıram.


O kişi rəhmətə gedib, indi bu söz-söhbət nəyə lazımdır? Sağlığında atamdan nə istədik? İndi rəhmətə gedəndən sonra nə istəyə bilərəm? Qanunla varis mənəm, qanunlarımı bilirəm".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO