Fərqanə Qasımova həyat yoldaşının sirlərini açdı: “Göz yuma bilmədim”

Hazırda oxunan: Fərqanə Qasımova həyat yoldaşının sirlərini açdı: “Göz yuma bilmədim”

42978

"İstərdim ki, ailə tablom içimdəki yaşatdığım formada nəzərimdə qalmalı idi. Əgər yayımlanmasaydı, sirr olaraq qalacaqdı. 21 ildir ailəliyəm, 4 övladımız var. Ailə incə məsələdir. İnsanın özünün dartacağı yükdür. Mən, övladın köməyi, problemlər, ailənin içinin böyük sirridir.

Onu rahatlıqla açıb, sosial şəbəkədə parıldatmaq, yalan məlumatlarla ailəyə zərbə gətirmək xoşagəlməz hal oldu".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Fərqanə Qasımova "Onun sirri" proqramında deyib. Xanəndə bir müddət əvvəl həyat yoldaşı Elnur Mövlamovun həbs edilməsi xəbərlərinə münasibət bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Alim Qasımov: "Heç kəs ailə həyatımıza qarışmasın"


"İndi ailə dağılmaq kimi bir şey yoxdur: atam, anam, qardaşım, bacım, övladlarım var. Bizimlə yol gedə bilməyən insanlar oldu, onlarla bura qədərmiş. Mən o insanla hər an qopa bilərdim, amma onun uçurumdan düşməsinə göz yuma bilmədim. Ağırlığı çiynimə götürdüm. İnsan qardaşının, atasının, övladının uçurumdan atlamasına necə göz yumar?
 

Mən də onun yanında oldum... Ta ki, o insan əlini qoparıb uçuruma özü düşənə qədər. Dost, ana, ata, yoldaş, bacı oldum. Missiyalarımdan istifadə etdim. Bu gün hər kəs deyə bilər, haqlıyam. Əsl haqq Allahın dərgahındadır.


Efirdən istifadə edib kimisə günühkar çıxara, müqəssir deyə bilmərəm. Hər kəs öz müqəssirliyi, günahını anlasa, qurtuluş olacaq".

Qeyd edək ki, E.Mövlamov 9 il azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO