Nura Suri: “Hər pozğunluğu edib qeyrət, namus və əxlaqdan danışırlar”

Hazırda oxunan: Nura Suri: “Hər pozğunluğu edib qeyrət, namus və əxlaqdan danışırlar”

42018

"Ölkədən köçən insanların çoxu vətəni sevmədiyindən yox, insanların başqalarının həyatına burun soxmasından, dedi-qodusundan qaçıb gedir".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi dedi-qodulardan gileylənib:

"Kişili, qadınlı bir yerə yığışan kimi başlayırlar kimisə müzakirə etməyə. Hamı da hamıdan şikayət edir.
 

Ən zəhləm gedən xüsusiyyət isə özü vaxtı ilə min hoqqadan çıxıb, hər pozğunluğu edib, sonra cəmiyyətdə bəlli bir status əldə edən kimi başlayır qeyrət, namus, əxlaqdan danışmağa.


Başqalarına yuxarıdan aşağı baxmağa ki, bəs filankəs əxlaqsızdır və sair... Adamın əti tökülür. Ən böyük əxlaqsızlıq başqalarının əxlaqını müzakirə etməkdir.

Bir yerə yığılıb oturanda kinodan, kitabdan, dünyada baş verən proseslərdən danışın, loto oynayın, deyin, gülün əylənin.

Xaricə də gedəndə turizm şirkətindən, bizimkilər olmayan oteldə otaq istəyirlər. Səbəb isə özümüzünkülərin qınağından qaçmaqdır. Özünüz rahat və firavan yaşayın, başqalarına da mane olmayın yetər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO