Məşhurların həbsdə olan yaxınları - Narkotik, insan alveri, dələduzluq – SİYAHI

Hazırda oxunan: Məşhurların həbsdə olan yaxınları - Narkotik, insan alveri, dələduzluq – SİYAHI

41623

Zaman-zaman şou biznes nümayəndələri məhbus həyatı yaşayan ailə üzvləri ilə medianın gündəminə gəlib. Kiminin anası insan alveri, kiminin atası narkotik vasitələrin dövriyyəsi, kiminin isə övladı oğurluq, hətta qətl səbəbilə məhbus həyatı yaşayıb.

Bununlada məşhurların ailə üzvləri cinayətə bulaşır və həbsxana həyatı yaşamalı olurlar. Bu yaxınlarda Xalq artisti Brilliant Dadaşovanın müğənni bacısı Lalə Dadaşovanın oğlu Zaur Mahmudov oktyabrın 6-da məhkəmə zalında həbs olunması bu mövzunu yenə aktual edib.

Xatırladaq ki, L.Dadaşovanın oğlu 5 il müddətində azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə təqsirli bilinib.

Bizim.Media bu mövzuda araşdırma apararaq Azərbaycanda ailəsi məhbus həyatı yaşayan şou-biznes nümayəndələrini təqdim edir.

Onlar kimdir?

Aygün Kazımovanın qardaşı Kazım Kazımov



Xalq artistinin qardaşı Kazım Kazımov Bakı Ağır Cinayətlər Məhkəməsində“Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov dələduzluqda ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib. Lakin o, 2019-cu ildə şərti cəza ilə həbsdən azad olunub.

Rəqsanə İsmayılovanın bacısı və anası


Müğənni Rəqsanənin bacısı Ellada İsmayılova və onun anası Adilə Həsənova 2008-ci ildə insan alverinin qurbanı olmuş bir qadının ifadəsi əsasında həbs edilib.  E.İsmayılovanın barəsində həbs-qətiimkan tədbiri seçilsə də, səhhətində problem olan A.Həsənova isə ölkəni tərk etməməklə bağlı iltizam alındığından sonra zaminə buraxılıb.

Xalq artisti Təranə Muradovanın bacısı Nailə Paşayeva 


Burada qeyd edək ki, Nailə Paşayeva ilk dəfə 13 yaşında oğurluq səbəbilə həsb olunub. O zamandan başlayan məhbus həyatı demək olar ki, Paşayevanı bütün ömrüboyu qarabaqara izləyib. Sonuncu dəfə o, 2008-ci ildə 6 illik müddətində azadlıqdan məhrum edilib. Lakin o, bu dəfə həbsdən azadlığa çıxa bilməyib. Belə ki, o, 2012-ci ildə orada vəfat edib.

Nazənin qardaşı Əlizaman Əliyev


2009-cu ilin iyun ayında Astara rayon sakini, 1960-cı il təvəllüdlü Ə.Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək paytaxt Bakıda saxlanılıb. Əməliyyatçılar onun üzərindən 80.341 qram narkotik vasitə olan heroin götürüblər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin hökmü ilə Ə.Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Mətanət Əsədovanın bacısı Nurlanə Əsədova


2013-cü ildə quldurluq səbəbilə həbs olunan Nurlanə Əhədova hadisədən bir həftə sonra həbsxanada intihar edərək həyatına son verib. Əsədova 43 yaşlı həyat yoldaşı ilə birgə tutulub. Ər və arvad Xırdalanda aptek işçilərini bıçaqla hədələyərək 950 manat pul oğurlayıblar.

Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənli


Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz ilk dəfə 1998-ci ildə qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq həbs olunub. Daha sonra 2013 –cü ildə həbsdən çıxan Araz bir müddətdən sonra Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsi ilə həbs olunub.

Firuzə İbadovanın bacısı Rəhilə İbadova 


Rəhilə İbadova 2006-cı ildə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apelyasiya Məhkəməsi işi 8 ilə endirib). Həbsxanadakı Dram Dərnəyinin rəhbəri olub. O, 2013-cü ildə həbsdən azad olunub.

İlhamə Quliyevanın oğlu Orxan Nadirov

Mərhum sənətkar İlhamə Quliyevanın oğlu Orxan Nadirov  2020 –ci ildə dələduzluqda ittiham olunaraq həbs olunub. Xatırladaq ki, Orxanın adı daha əvvəldə dələduzluqda hallanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO