Seçki komissiyası Brilyant Dadaşovanın yalanını üzə çıxardı - FOTOFAKT 

Hazırda oxunan: Seçki komissiyası Brilyant Dadaşovanın yalanını üzə çıxardı - FOTOFAKT 

37297

Sentyabrın 15-də özünün dediyi kimi 56 yaşını qeyd edən Xalq artisti Brilyant Dadaşova yeni yaşına qədəm qoyub. Lakin qeyd etmək lazımdır ki, ifaçının təvəllüdü ətrafında hər zaman təzadlı fikirlər dolanıb.

Hətta onun bir zamanlar hava limanında pasportunda təvəllüdünü dəyişdiyi səbəbilə böyük bir problem yaşadığı haqqında da yerli mətbuatda xəbərlər dərc olunub. 

Ancaq Xalq artisti hər dəfə israrla 1965-ci ildə anadan olduğuu bildirib.

Maraqlıdır ki, sosial şəbəkələrdə yayılan bir məlumatda da Dadaşovanın yalanı üzə çıxıb. “23 SAYLI NƏSİMİ-SƏBAİL SEÇKİ DAİRƏSİ ÜZRƏ SEÇİCİLƏRİNİN DAİMİ SİYAHISI” paylaşan sosial şəbəkə istifadəçiləri xalq artistinin doğum tarixini xüsusi işarəyə alıblar.

Bu siyahıda Brilyant Dadaşovanın təvəllüdü 1959-cu il göstərilir. İnternet üzərindən apardığımız araşdırma zamanı ilk qarşımıza viki mənbə çıxdı. Burada da təzadlı təvəllüd tarixi ilə qarşılaşdıq.

Mənbədə Brilyant xanımın hər iki təvəllüdü belə yazılıb:

“15 sentyabr 1965 (56 yaş) və ya 15 sentyabr 1959 (62 yaş)”.

Onu da qeyd edək ki, Xalq artistinin qalmaqal yaşadığı bir neçə sənət adamları da öz açıqlamalarında dəfələrlə bildiriblər ki, xanım müğənni öz yaşını gizlədir. Xalq artisti Faiq Ağayev müsahibələrinin birində o zamanlar aralarında yaşanan soyuqluğa münasibət bildirərək qeyd edib:

“Bizim aramızda heç vaxt möhkəm dostluq olmayıb. Yaş fərqimiz var. O, məndən 12 yaş böyükdür”.

Faiq Ağayevin 1971-ci ildə anadan olduğu nəzərə alsaq, ifaçının bu sözlərlə Dadaşovanın 1959-cu ildə doğulduğunu nəzərdə tutduğunu anlamaq olar. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO