Sayqa Cahid təcili Türkiyəyə aparıldı - SƏBƏB

Hazırda oxunan: Sayqa Cahid təcili Türkiyəyə aparıldı - SƏBƏB

35406

Tanınmış prodüser-aparıcı Sayqa Cahidin vəziyyəti ağırdır.  

Bizim.Media xəbər verir ki, bu barədə prodüserin rəfiqəsi, aparıcı Fira Cəlilova məlumat verib. 

Onun sözlərinə görə, S. Cahid bir müddət əvvəl Bakı Sağlamlıq Mərkəzinin uroloq-androloqu Dr. Niyaməddin Əliyev tərəfindən əməliyyat olunub.

İddiasına görə, həkim səhvi ucbatından prodüserin səhhəti daha da pisləşib, böyrəyinə qoyulan stend çıxarıldıqdan sonra hərarəti artıb: 

"Vəziyyəti kritikdir, Türkiyəyə aparılıb. Orada həkimlər təcili konsilium ediblər. Bildiriblər ki, cərrahi müdaxilə zamanı infeksiya keçib. Qırmızı qan hüceyrələri də həddən artıq düşüb. Bakıda olan həkim isə telefonlara cavab vermir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO