Müğənni Şəbnəm Tovuzlunun Rusiyadan deportasiya edildiyi iddia olunub.
Bizim.Media xəbər verir ki, bununla bağlı şayiələrə Şəbnəm özü cavab verib.
O, video paylaşaraq xəbərlərin yalan olduğunu söyləyib:
“Şayiələr yayırlar ki, “Şəbnəm xanım deportasiya edilib”. Allah etməsin. Heç vaxt elə bir şey olmasın. Hazırda da Qazaxıstandayıq, Aktau şəhərindəyik. Hava limanında hər kəsi saxlayırlar, tək mənim başıma gəlmir. İki-üç saat saxlayırlar.
Pasportumu yeniləmişdim, demək olar, yer qalmamışdı. Bu da onların diqqətini çəkmişdi. Sabah da Rusiyada toydayıq. Demək olar ki, toylarımız oradadır. Bir də belə bir şey olmasın”.
Sara, Bizim.Media