Bir gecədə qərar verdi, 110 kilo arıqladı – FOTO

Bir gecədə qərar verdi, 110 kilo arıqladı – FOTO

Hazırda oxunan: Bir gecədə qərar verdi, 110 kilo arıqladı – FOTO

248887

Məşhur türk serialı “Hercai”də “Melike” obrazına həyat verən aktrisa Aslı Samat yeni görünüşü ilə müzakirələrə səbəb olub.

Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, mədəkiçiltmə əməliyyatı keçirən aktrisa daha sonra sağlam qidalanaraq 110 kq arıqlayıb.

Bildirilib ki, Samat 2 yaşından bəri çəki ilə bağlı problem yaşayıb.

12 il əvvəl ona “Emosional yemək pozğunluğu” diaqnozu qoyulub. Aktrisa dəfələrlə arıqlamağa çalışsa da, istədiyi nəticəni əldə edə bilməyib.
 

“Mən indi daha rahatam. Bütün günümü çöldə keçirə bilirəm və heç bir ağrı hiss etmirəm. Gecənin bir yarısı əsəb gərginliyi keçirdim. Eşq, iş, pul - heç nə yox idi. Yanımda təkcə anam var idi. Bir gecənin içərisində qərar verdim. Ağladım, ağladım, səhər oyanıb anama dedim ki, mədəkiçiltmə əməliyyatı olacağam. O da “sənə bunu deməyə çalışırdım, sadəcə reaksiyandan qorxurdum”, - söylədi”, - aktrisa reportajlarının birində bildirib.


Qeyd edək ki, “Hercai” serialı 2019-2021-ci illərdə yayımlanıb. Baş rollarını Akın Akınözü ve Ebru Şahin canlandırıblar. (Qafqazinfo)












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO