Zelenski:"Qismən atəşkəs geriyə doğru addımdır"

Zelenski:"Qismən atəşkəs geriyə doğru addımdır"

Hazırda oxunan: Zelenski:"Qismən atəşkəs geriyə doğru addımdır"

240351

Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya ilə Ukrayna arasında qismən atəşkəs rejiminin müzakirəsi müharibənin başa çatması kontekstində geriyə doğru addımdır.

Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu o, Norveçin baş naziri Jonas Gahr Store ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ukrayna və Amerika rəsmilərinin Ciddə görüşündə ABŞ tam atəşkəs təklif edib, Ukrayna isə daha real addım kimi havada və dənizdə atəşkəsin əldə olunmasında israr edib:

“Biz dərhal reaksiya verdik, çünki bu, Ukrayna nümayəndə heyətinin görüşə getdiyi gündəmdəki dəyişiklikdir. Mən təsdiqlədim: biz müharibənin sona çatması istiqamətində irəliləməyə hazırıq”.

Lakin Donald Tramp və Vladimir Putin arasında aparılan danışıqlardan sonra yenidən qismən atəşkəs barədə söhbətlər başlayıb: “Bu geriyə doğru bir addımdır. Biz irəliyə doğru addımlar atmağa hazırıq, lakin geriyə getmək demək olan kompromislərə hazır deyilik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO