“Gözlərim qarşısında son nəfəsini verdi” - İlkin Həsəni

“Gözlərim qarşısında son nəfəsini verdi” - İlkin Həsəni

Hazırda oxunan: “Gözlərim qarşısında son nəfəsini verdi” - İlkin Həsəni

229151

“Həyat bəzən bizə çox ağır imtahanlar verir. Bu yaxınlarda böyük bir itki yaşadım: yaxın dostum Azər, uzun sürən böyrək çatışmazlığından sonra bu dünya ilə vidalaşdı. Onun itkisi məni dərin düşüncələrə saldı, həyatı daha yaxından anlamağıma səbəb oldu. Üç gün süni tənəffüs aparatına qoşulu qaldığı zaman, yerli media onu “öldürüb - dirildəndə”, biz xəstəxananın soyuq divarları arasında yalnız bir möcüzə ümidi ilə göz yaşlarımızı gizlədə-gizlədə gözləyirdik.

O günlər xəstəxanaya çox insan axın etdi. Bəzi tanış simalar, dostlar və bəzi yad insanlar. Hamının üzündə qəribə bir kədər var idi. Dualar, yalvarışlar havada dolaşır, amma bir fayda etmirdi. Yanvarın 5-i səhər... Azər evə buraxıldıqdan sonra gözlərim qarşısında son nəfəsini verdi”. 

Bizim.Media xəbər verir ki, bu barədə aktyor İlkin Həsəni mərhum dpstu Azər Baxşəliyevlə bağlı paylaşımında bildirib.

“O an həyatımda ilk dəfə bu qədər böyük bir dünyanın dayandığını hiss etdim, dostlarımın hönkür-hönkür ağladığını ilk dəfə idi ki, gördüm. Azərin bu qədər sevildiyini, onun xatirəsinə təmənnasız sevgi göstərilən anların şahid oldum. Xəstəxanaya böyrək donoru olmaq üçün yetişənlərdən tutmuş, səhər 9-da qəbrinə gül dəstələri düzən tamaşaçılara qədər...

Azəri son dəfə gördüm. Böyük sevincimizi, kədərimizi paylaşdığımız insan, indi qarşımda susurdu. Onun bədənindəki gizli yaraları gördüm, amma bu yaralar yalnız fiziki deyildi, son illər hamıdan gizlətdiyi acılarını simvolizə edirdi”, - aktyor qeyd edib. 

Həsəni bildirib ki, Azərin yas mərasiminə 900-ə yaxın insan gəlib:
 

“Heç gözləmədiyim insanlar oradaydı, amma bəzi gözlədiyim simalar yox idi. Bəlkə də onların daha vacib işləri var idi...  Bu da bir dərsdir. Bu bir neçə gün ərzində bir neçə il böyüdüm. Həyat kitabının yazılmamış qanunlarını oxudum. 


Bəzən şərin, kədərin öyrətdiyi dərsə doymalı oluruq, bilirəm ki, həyat davam edir. Zaman hər yaranı sağaldacaq amma bəzi anlar, bəzi insanlar var ki, onları heç vaxt unutmaq mümkün deyil. Azik, cənnətdəsənsə, bilirəm, indi orada da 2-3 gündür tanıdığın adamlarla deyib-gülüb, arada onları “darıxma” deyə-deyə yola verirsən.  Biz isə darıxırıq, sevirik, unutmuruq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO