
- A-
- A
- A+
Messi qayıtdı və şou göstərdi - VİDEO
MLS-in növbəti tur matçında "İnter Mayami" "Filadelfiya Yunion"la qarşılaşıb.
Bizim.Media xəbər verir ki, Fort Lauderdale-dəki DRV stadionunda baş tutan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı artıq ikinci dəqiqədə qonaqlar açıblar. Lakin sonradan zədəsini yenicə sağaldaraq yaşıl meydanlara qayıdan Messinin futbol şousu başlayıb. Argentinalı 5 dəqiqəyə (26, 30) dubl edərək komandasını irəli çıxarıb. 90+8-ci dəqiqədə isə onun ötürməsindən Luis Suárez fərqlənərək yekun hesabı müəyyən edib - 3:1.
"İnter Mayami" ardıcıl 5-ci qələbəsini qazanıb. "Filadelfiya Yunion" isə son üç matçda ikinci məğlubiyyətini alıb. Növbəti turda "İnter Mayami" "Atlanta Yunayted", "Filadelfiya Yunion" isə "Nyu York Siti" klubu ilə qarşılaşacaq.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































