Elza Seyidcahandan yeni şeir - “Kim bizi görüşdürüb öpüşdürə bilər?”

Hazırda oxunan: Elza Seyidcahandan yeni şeir - “Kim bizi görüşdürüb öpüşdürə bilər?”

20305

Əməkdar artist, bəstəkar Elza Seyidcahan növbəti yeni şeir ilə gündəmə gəlib. Müğənninin Bizim.Media-ya ünvanladığı “Ay can” şerini təqdim edirik: 

Kim sənə mənim kimi "Can sənə"
Sənin kimi mənə "Ay can" deyə bilər?
Kim sənin mənim kimi "həsrətini,"
Sənin kimi mənim "nazımı" çəkə bilər?
Kim sənə mənim kimi "nəfəsim",
Sənin kimi mənə "dünyam" deyə bilər?
Kim səndə olan qayğılığın
Məndə olan bağlılığın dəyərini verə bilər?
Kim məndə olan xoşbəxtliyə
Səndə olan şəfqət və mərhəmətə çata bilər?
Kim bizim kimi sevginin yolunu 
Gözləyə-gözləyə cəhənnəm əzabı yaşaya bilər?
Sevgisini,
Dilsiz, ağızsız, qulağsız başa düşə bilər?
Kim səni mənim kimi böyük işlərə ruhlandırar?
Sənin kimi məni, işlərimi görməyə mane olar?
Kim sənin kimi utancağlığa qalib gəlib,
Həqiqət yolunu işıqlandırar?
Sınanmış eşq sevgisinin
Zövqünü alar?    
Kim bizim kimi biri-birinə 
Sədaqət baxışları andı icər?
Mənim kimi sənin qəzəbini 
Məhəbbət ilə yatırda bilər?
Kim sənin kimi qışqıran qürurlunu
Mənim kimi saflığı ilə susdura bilər?
Kim sənin kimi, sevməyin olduğunu bilməyən,
Əbədi eşq möcüzəsini daşıya bilər?
Kim sənin kimi eşqə ürəyini acar,
Mənim kimi eşq çadırından qaçar?
Kim bizim kimi ruh aşiqlərini dodaqlarında
Görüşdürüb öpüşdürə bilər?
Kim sənə mənim kimi "Can sənə"
Sənin kimi mənə "Ay can" deyə bilər?
Kim?
Axı kim???

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO