Afaq Bəşirqızı ilk dəfə Fatma Mahmudova ilə küsülülüyünün səbəblərini AÇIQLADI - VİDEO

Afaq Bəşirqızı ilk dəfə Fatma Mahmudova ilə küsülülüyünün səbəblərini AÇIQLADI - VİDEO

Hazırda oxunan: Afaq Bəşirqızı ilk dəfə Fatma Mahmudova ilə küsülülüyünün səbəblərini AÇIQLADI - VİDEO

194693

“Həyatda belə şeylər olur. Ana da baladan, bala da anadan inciyir. Bu incimək məsələsi var. Müəyyən nüanslar xoşuma gəlmədi. Sonra da mənim xəstəliklərim oldu. Başım bu xəstəliklərimə qarışdı. Fatma isə elə başa düşdü ki, diqqətdən kənarda qaldı. Fatmanın verilişdəki sözləri məni əsəbiləşdirdisə, qızları İntizarla Nigarın ifaları və  haqqımda olan xoş çıxışları  məlhəm oldu. Ona görə də mən efirə zəng etdim”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı “Elgizlə izlə” ictimai-sosial verilişinə müsahibəsində deyib. 

Sənətkar həmkarı Xalq artisti Fatma Mahmudova ilə aralarında yaşanan küsülülüyü və incikliyi bu sözlərlə ifadə edib: 

“Beş günlük dünyadır. Mən hər an nəyinsə olmağını gözləyirəm. Fatma Mahmudova məni həddən artıq çox istəyir. Mən də onun xətrini çox istəyirəm. Ondan soruşanda ki, “Fatmə məndən niyə incimisən?”. Cavab verdi ki, “Ona görə ki, sonuncu tamaşada sənin qızını oynamadım”. Mən də ona söylədim ki, “O tamaşada bir qızımın 27, digərini 19 yaşı var”. Fatma mənə dedi ki, “Yox, mən sənin yanında olmaq istəyirəm”. Həqiqətən də bizim səhnədəki tandemimiz çox gözəl alınır. Fatma çox ağır həyat keçirib. O, heç bir doğmasından, həyat yoldaşından yarımayıb. Məsələn elə bir mükafat olub ki, onu məndən əvvəl alıb. Gəlib mənə deyib ki, “Sən məni səhnəyə çıxarıb, yeriməyi öyrətmisən. Amma bu mükafatı səndən əvvəl almışam”. Cavab vermişəm ki, “O mükafat sənə və sənin balalarına Tanrının mükafatıdır. Deməli o mükafatı almağa hələ mənim vaxtım var. Vaxt yetişdi, gec aldım, amma aldım o mükafatı. Bir layihə var. Hazırda onun üzərində işləyirəm. O layihədə Fatma Mahmudova yanımda olacaq”. 

Qeyd edək ki, Fatma Mahmudova sözügedən proqramda bildirib ki, Afaq Bəşirqızı ilə onun arasını gənc istedadsız həmkarları vurub. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO