Flora Kərimova:

Flora Kərimova: "Cavanşir, qəfil yoxluğun taleyimin acı qisməti oldu" - FOTO/VİDEO

Hazırda oxunan: Flora Kərimova: "Cavanşir, qəfil yoxluğun taleyimin acı qisməti oldu" - FOTO/VİDEO

188289

Xalq artisti Flora Kərimova ötən gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, sənətkar qohumu olan C.Məmmədovun vaxtsız ölümünü taleyinin acı qisməti adlandırıb.

“Arzular tükənmir, bitmir. Ümidlə gözlədiyimiz arzuların içində yaşanılan həyat, acılı-şirinli qismətlərimizdir. Qəfil yoxluğun taleyimin daha bir arzulanmayan, acı qisməti oldu. Allah rəhmət eyləsin, Cavanşir! Rahat uyu”, - deyə F.Kərimova vurğulayıb.
Qeyd edək ki, C.Məmmədov 70 yaşında ötən gün saat 12:05 radələrində evində qəfil ürəktutmasından dünyasını dəyişib. Sənətkar anası Güllü Məmmədovanın yanında Yasamal qəbiristanlığında dəfn edilib.
 



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO