Nazənin: “Heç bilirsiniz efirə çıxmamaqla meydanı kimlərə vermisiniz?” - VİDEO

Nazənin: “Heç bilirsiniz efirə çıxmamaqla meydanı kimlərə vermisiniz?” - VİDEO

Hazırda oxunan: Nazənin: “Heç bilirsiniz efirə çıxmamaqla meydanı kimlərə vermisiniz?” - VİDEO

187234

“Dəyərli sənətkarlarımıza səslənirəm, efirlərə çıxın”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Sənətçi həmkarlarına səslənərək bildirib ki, efirlərə və verilişlərə çıxamamaqla meydanı bayağı ifaçılara buraxıblar: 

“Mən aparıcılarda günah görmürəm. Sənətkarlarımız efirə çıxsın. Bizim səhnəmiz, efirlərimiz, verilişlərimiz belə olmamalıdır. Dəyərli sənətkarlarımız var. Siz kənara çəkildikcə, meydanı bilirsiniz kimlərə vermisiniz? Demək, istəmirəm. Həm Xalq, həm Əməkdar artistləri, həm də fəxri adı olmayan böyük sənəti və səhnə mədəniyyəti olan xanəndələrimiz, müğənnilərimiz. Sizdən çox xahiş edirəm ki, efirə çıxın. Belə getsə, hər şey itəcək. Amma biz bu deyilik axı... Çəkilməyin kənara, efirə çıxın”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO