Mələkxanımın qızı nikahından YENİ FOTOLARINI paylaşdı

Mələkxanımın qızı nikahından YENİ FOTOLARINI paylaşdı

Hazırda oxunan: Mələkxanımın qızı nikahından YENİ FOTOLARINI paylaşdı

187223

Xəbər verdiyimiz kimi, ötən axşam Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfovanın müğənni Mərdan Kazımovla nikahı olub. 

Bizim.Media xəbər verir ki, paytaxtın lüks otellərinin birində açıq havada təşkil olunan məclisdən çəkilən fotoları Nəzrin sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

N.Nəcəfova sözügedən paylaşımına “Özəl günümdə hər şey tam ürəyimcə oldu. Buna görə də əməyi keçən hər kəsə çox təşəkkür edirəm” sözlərini yazıb. 

Qeyd edək ki, cütlüyün toyu aprelin 22-də paytaxtın məşhur restoranlarından birində mediaya qapalı şəkildə keçiriləcək. Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub.  




















Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO