Ancelina Coli keçmiş əri Bred Pittə məhkəmədə UDUZDU

Ancelina Coli keçmiş əri Bred Pittə məhkəmədə UDUZDU

Hazırda oxunan: Ancelina Coli keçmiş əri Bred Pittə məhkəmədə UDUZDU

182498

Dünya şöhrətli aktrisa Ancelina Coli və məşhurluqda ondan geri qalmayan həmkarı, keçmiş əri Bred Pittə məhkəmədə uduzub.  

Bizim.Media xəbər verir ki, Coli keçmiş ərinin 2021-ci ildə ailəsinin üzüm bağı olan “Chateau Miraval”dakı payını rusiyalı milyarder Yuri Şeflerə onun razılığı olmadan satması ilə bağlı iddialarını təmin edən Los Anceles Ali Məhkəməsinin qərarına etiraz etməyə çalışıb.  

Coli Pittin iddiasını “ciddi, pis niyyətli və problemli sxemin bir hissəsi” adlandırıb. 
Bred Pitt keçmiş həyat yoldaşını 2016-cı ildə qalmaqallı şəkildə ayrıldıqdan sonra aktrisanın üzüm bağındakı payını Yuri Şeflerə satmaqda ittiham edib. Pittin sözlərinə görə, bununla o, öz tərəfdaşından payı birinci olaraq almaq hüququna malik olan müqaviləni pozub.  

Coli özü belə bir razılaşmanın olmadığını iddia edib və Pitti ailə biznesini pis idarə etməsində ittiham edib. Belə ki, Coli məhkəmə proseslərinin birində Pittin biznesdə özünü “şıltaq uşaq kimi” apardığını bildirib. 

Pitt daha əvvəl də iddia etmişdi ki, Şeffler ondan əməkdaşlıqlarını açıq elan etməsini tələb edərək onu qorxutmağa çalışıb.  

Aktyor isə günahsızlığını qorumaq üçün sona qədər mübarizə aparmaq niyyətindədir.  
Qeyd edək ki, keçən il Ancelina Coli və Bred Pitt öz aralarında altı övladının qəyyumluğu məsələsini həll ediblər - övladlığa götürülmüş Zahara, Paks və Maddoks və bioloji Şilo, Vivyen və Knoks. Lakin Pittin uşaqları ilə münasibətləri, yaxşılaşmayıb. Belə ki, övladlığa götürdüyü uşaqları Pittdən uzaqlaşmağa davam edirlər. Cütlüyün yaxın dostlarının sözlərinə görə, Ancelina Coli uşaqları ona qarşı qurur. 



Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO