Bu gün Jony ləqəbi ilə məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynlinin doğum günüdür.
Bizim.Media xəbər verir ki, 28 yaşına qədəm qoyan sənətçi ad gününü ailəsi ilə birgə Məkkə şəhərində qeyd edib.
Jony anası Əminə xanım, atası Əfrail bəy və nənəsi ilə birgə Kəbə evini ziyarət edib.
Müğənni ziyarət zamanı çəkdiyi fotoları və videoları sosial şəbəkə hesabında izləciləri ilə bölüşüb. Jony paylaşımına "Ən yaxşı doğum günü" qısa şərhini yazıb.
Diqqətçəkən məqam isə sənətçinin zirayət zamanı əyninə geyindiyi "izar" (kişilərin beldən aşağını örtmək məqsədilə geyinilən geyim) adlı xüsusi geyim olub.
Rəşad Əliyev, Bizim.Media