Elnarə əri ilə Kamilin şəklini paylaşıb bunları yazdı:

Elnarə əri ilə Kamilin şəklini paylaşıb bunları yazdı: "Dua edin" – FOTO

Hazırda oxunan: Elnarə əri ilə Kamilin şəklini paylaşıb bunları yazdı: "Dua edin" – FOTO

179181

Xəbər verdiyimiz kimi, fitnes məşqçi Kamil Zeynallı gecə saatlarında Moskvanın “Domodedovo” hava limanından Bakıya gələrkən hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Bizim.Media xəbər verir ki, müğənni Elnarə Xəlilova baş verən hadisə ilə bağlı sosial şəbəkə hesabında diqqət çəkən paylaşım edib. 

Elnarə həyat yoldaşı Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovun Kamil ilə birgə çəkilən fotoları izləyiciləri ilə bölüşərək Azərbaycan xalqının Zeynallının azadlığa buraxılması üçün dua etdiyini yazıb:

"44 günlük müharibədə yalnız hərbçilərimizin yanında olan Kamilin Allah qapılarını açıq etsin. Tezliklə ailəsinə, evinə, Vətəninə dönsün. Əminəm ki, onu sevənlərin hər bir azərbaycanlı hazırda dua etməkdədir. Aranızda bəlkə oruc olanlar var. Xahiş edirəm, dua edək, Kamil tezliklə Vətəninə, ailəsinə göri dönsün".

Qeyd edək ki, K.Zeynallı, Ermənistan cinayət məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunur. 

Kamil Zeynallının məhkəməsi isə sabah keçiriləcək.

Onu da vurğulayaq ki, Ermənistan Kamil Zeynallını Vətən müharibəsi başlayandan 2 gün sonra (29 sentyabr 2020-ci ildə) axtarışa verib.




Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO