Kamil Zeynallının Moskvada saxlanılma anı - VİDEO

Kamil Zeynallının Moskvada saxlanılma anı - VİDEO

Hazırda oxunan: Kamil Zeynallının Moskvada saxlanılma anı - VİDEO

179131

Xəbər verdiyimiz kimi, fitnes məşqçi Kamil Zeynallı “Domodedovo” hava limanında saxlanılıb.

Bizim.Media xəbər verir ki, sosial şəbəkədə Kamilin Moskvada polis bölməsində olan daha bir videosu yayılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Kamil Zeynallı Rusiyada saxlanıldı - VİDEO


Həmin görüntülərdə Zeynallı dəmir barmaqlılar arasında çemodanını bağladığı kadrları əks olunub. 

Qeyd edək ki, Kamil Zeynallı saxlanılması xəbərini sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə deyib. 

O “Ermənistan məni beynəlxalq axtarışa veribmiş. May ayının 5-dən axtarılırmışam. Buna baxmayaraq, mən 3 dəfə Rusiyaya gəlib-getmişəm. İndi deyirlər, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib aparacaqlar. Sabah məni məhkəməyə çıxaracaqlar. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olarlar, qoymazlar ki, məni onlara təhvil versinlər. İndi bölmədəyəm. Gözləyirəm. İnşallah yaxşı olar”sözlərini dilə gətirib. 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO