Şəbnəm: “Mənə zərbə vuranlar evimin içindən yox, şou-biznesdəndir” – VİDEO 

Şəbnəm: “Mənə zərbə vuranlar evimin içindən yox, şou-biznesdəndir” – VİDEO 

Hazırda oxunan: Şəbnəm: “Mənə zərbə vuranlar evimin içindən yox, şou-biznesdəndir” – VİDEO 

178248

“Yaxın bildiklərimin mənə vurduqları zərbələrdən xəbərdaram. Deməsəm də, açıqlamasam da, hər şeyin öz vaxtı var. Zamanı gələndə onların hamısını açıqlayacağam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “Tarixin bir günü” verilişində deyib. 

Sənətçi ona həmkarları tərəfindən vurulan zərbələrdən söz açıb: 

“Mənə bu həyatda yaxınlarımdan böyük pislik edənləri gördüm. Anladım ki, bu həyatda saf olmaq lazım deyilmiş. Özümü müdafiə etməyi bacarıram, amma bacarmamış kimi göstərirəm.

Mənə zərbə vuranlar evimin içindən yox, şou-biznesdəndir. Çox saflıq edirəm. Kaş ki, onlar mənim kimi böyük qəlbə sahib olsunlar. Allah məni heç zaman darda qoymayıb, hər şeyin gözəlini mənə bəxş edib. Ətrafımda tanıdıqlarımı tanıdım artıq”. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO