“50 Cent” son halı ilə görənləri MƏƏTTƏL QOYDU – FOTO 

“50 Cent” son halı ilə görənləri MƏƏTTƏL QOYDU – FOTO 

Hazırda oxunan: “50 Cent” son halı ilə görənləri MƏƏTTƏL QOYDU – FOTO 

174998

“50 Cent” ləqəbi ilə adını dünya rep musiqi tarixinə qızıl hərflərlə yazdıran Kertis Ceyms Cekson III son halı ilə görənləri məəttəl qoyub. 

Bizim.Media xəbər verir ki, buna səbəb sənətçinin xeyli arıqlayaraq, çəkisinin yarıya qədər azalması olub. 

“2024-cü ildə mən hər şeyi silkələyəcəyəm. Vaxt işləməyindir. Gəl, bunu edək!”, - deyə “50 Cent” həddindən artıq arıqlaması faktına məhəl qoymurmuş kimi fotoya şərh yazıb. 
Repçi açıq aydın həvəsli şərhlər gözləsə də, görünüşü ilə çoxlu mənfi rəylər alıb. Sadiq pərəstişkarları onun indi “mini repçi” olduğunu və ya əsl “50 Cent”in yalnız 50%-nin qaldığını yazaraq, zarafat etməyə başlayıblar. 

“Page Six” nəşrinə bir mənbə bildirib ki, repçi 8 ay ciddi pəhriz saxlayıb və hər gün 3 saat məşq edib. 






Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO