Efirdə QALMAQAL: Anar Vəziroğlu bu dəfə İbrahim Borçalı ilə DALAŞDI - VİDEO  

Efirdə QALMAQAL: Anar Vəziroğlu bu dəfə İbrahim Borçalı ilə DALAŞDI - VİDEO  

Hazırda oxunan: Efirdə QALMAQAL: Anar Vəziroğlu bu dəfə İbrahim Borçalı ilə DALAŞDI - VİDEO  

174904

Müğənni İbrahim Borçalı ilə şair və jurnalist Anar Vəziroğlu arasında efirdə qalmaqal yaşanıb. 

Bizim.Media xəbər verir ki, buna səbəb İbrahimin ifa etdiyi mahnının sözlərində dünyasını dəyişmiş anadan bəhs olunması, musiqinin isə ritmik olması olub. 

“Anar Vəziroğlu kimi bir mərdimazar çıxır qarşınıza və sözünü sizə deyir. Mahnıda vəhdət yoxdur. Söz musiqini öldürür. Amma musiqi sözü dirildir. Ola bilər ki, yaxşı oxuyursan. Sənə böyük hörmətim var. Allah oğluna rəhmət eləsin. Amma bu mahnı yerində deyil. Mən sözümü deməliyəm burada, yoxsa yox”, - deyə şair müğənniyə səslənib. 

Vəziroğlunun etiraz dolu çıxışına Borçalı “Sənin ixtiyarın yoxdur, mənimlə belə danışmağa. Bəsdir, sən ünvanını səhv düşmüsən. Özünə gəl! Sənin mənimlə danışmağa ixtiyarın belə çatmır. 24 ildir ki, sənətdəyəm və mən bu verilişə gəlməmişəm ki, mahnıma kimsə söz desin” sözləri ilə cavab verdikdən sonra studiyanı tərk edib. 
Daha sonra İbrahim Borçalını proqramda ekspert qismində iştirak edən vəkil Zülfiyyə Bayramova geri qaytarıb və onlar gərginliyi azaldaraq müzakirəni davam etdiriblər. 

Efirdə yaşanan qalmaqalı təqdim edirik:
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO