Bolduin HƏBS OLUNA bilər

Bolduin HƏBS OLUNA bilər

Hazırda oxunan: Bolduin HƏBS OLUNA bilər

174371

Nyu Meksiko ştatının məhkəməsi Hollivud ulduzu Alek Bolduini "Ərp" filminin çəkiliş meydançasında operator Qalina Hatçinsin ölümünə görə, yenidən ittiham edib.

Bizim.Media "Variety" nəşrinə istinadən xəbər verir ki, əvvəllər məhkəmə Bolduinə qarşı bütün ittihamları ləğv edib.

Aktyorun müdafiəsi məhkəmə heyətinin yeni qərarını “dəhşətli ədalət səhvi” hesab edib və qələbəyə əminliyini bildirib.

"Cənab Bolduinin silahda və ya çəkiliş meydançasında həqiqi güllə olduğuna inanmaq üçün heç bir əsası yox idi. O, silahda güllə olmadığına əmin olmaq üçün peşəkarlara güvənirdi. Biz bu ittihamlarla mübarizə aparacağıq və qalib gələcəyik", - deyə ulduzun vəkili vurğulayıb.

Qeyd edək ki, operator Qalina Hatçins 2021-ci ilin oktyabrında vəfat edib. Santa Fe-də "Ərp" filminin çəkilişləri zamanı Alek Bolduin dayaq tapançasından atəş açıb, təsadüfən onu öldürüb və filmin rejissoru Coela Sousanı yaralayıb. Silah boş patronlarla doldurulmalı idi, lakin onun içərisində bir güllə olub. 

Aktyor iddia edib ki, o, tətiyi çəkməyib, sadəcə olaraq çəkilişi çərçivəyə salan Hatçinsin göstərişlərinə əməl edərək tətiyi əyib buraxıb. Bununla belə, silahın məhkəmə-tibbi ekspertizası nəticəsində məlum olub ki, silah yalnız tətiyi çəkildikdə atəş edə bilir.
Əgər aktyor təqsirli bilinərsə, Bolduini 18 aya qədər həbs cəzası gözləyir.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO