"Hərbi xidmətdən yayınanlar əsgərlərin qarşısında konsert verməsin" - Efirdə QALMAQAL – VİDEO 

Hazırda oxunan: "Hərbi xidmətdən yayınanlar əsgərlərin qarşısında konsert verməsin" - Efirdə QALMAQAL – VİDEO 

166711

Əməkdar artist Elza Seyidcahan növbəti açıqlaması ilə gündəmə səs salıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində hərbi xidmətdən yayınan həmkarlarına və onların oğul övladlarına efir vasitəsi ilə sərt mesajlar ünvanlayıb. 

Seyidcahan bu addımı atanların əsgərlərin qarşısında konsert verməsinə irad və etirazını bildirib: 

"Hərbi xidmətdən yayınan şəxslər əsgərlərin yanında bayraq tutanda onların yerinə utanıram. Ümumiyyətlə, onlar əsgərlər üçün verilən konsertlərə getməsinlər. Əsgərlərin yanında konsert vermək istəyən müğənnilərə desinlər ki, oğlunun hərbi xidmətə getməsinin sənədini göstər.

Əgər oğlun hərbi xidmətə gedibsə, o zaman sənin əsgərlərin yanında konsert verməyə ixtiyarın var. Bu mövzuda alnım açıq, üzüm ağdır. Yeganə oğlum 2007-ci ildə Qusarda hərbi xidmətdə olub. O adamlar ki, övladları hərbi xidmətdən qaçıb və özləri hərbi xidmətə getməyiblər, əsgərlərin yanına konsert verməyə getməyin. Qətiyyən getməyin. Sizə bunu etməyə icazə vermirik". 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO