Adriana Lima qalmaqallı görünüşündən DANIŞDI: “Qayğınıza görə təşəkkür” – FOTO 

Hazırda oxunan: Adriana Lima qalmaqallı görünüşündən DANIŞDI: “Qayğınıza görə təşəkkür” – FOTO 

164802

Los-Ancelesdə “Aclıq oyunları: Nəğmə quşları və ilanlar balladası” filminin premyerasına qatılan braziliyalı supermodel Adriana Lima qalmaqallı görünüşü ilə bağlı açıqlama verib. 

Bizim.Media xəbər verir ki, 42 yaşlı podium ulduzu sosial şəbəkədə makiyajsız, yaxından çəkdiyi “selfi”sini yayımlayaraq şişmiş üzünü yoruğun olduğu ilə əlaqələndirib. 

Adriana fotoya “Üç yeniyetmənin yorğun anasının, yeriməyi öyrənən bir yaşlı aktiv oğlanın və üç itin sifəti belə görünür... Narahatlığınız üçün təşəkkür edirik!” şərhini yazıb. 

Qeyd edək ki, izləyicilər Adriananın nəinki bədən quruluşunun dəyişdiyini, eyni zamanda onun üzünün şişkin olduğunu vurğulayaraq modellikdən uzaq parametrlərə sahibləndiyini yazıblar.
Onlar Limanın çox dar “tülkü” gözlərini və dolğuların bolluğunu tənqid edərək, keçirdiyi plastik əməliyyatları uğursuz adlandırıblar. Bəziləri hətta 2000-ci illərin ən gözəl supermodellərindən birinin artıq özünə oxşamadığını vurğulayıblar. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO