Erməni toyunda azərbaycanlı aşpazın bu hərəkəti erməniləri QORXUYA SALDI - FOTO

Hazırda oxunan: Erməni toyunda azərbaycanlı aşpazın bu hərəkəti erməniləri QORXUYA SALDI - FOTO

164779

Rusiyada keçirilən erməni toylarının birində azərbaycanlı aşpazın hərəkəti erməniləri qorxuya salıb. 

Bizim.Media xəbər verir ki, buna səbəb 22 oktyabr tarixində Moskvada “Triumf” restoranında erməni toyunda aşpaz Qədir İsgəndərzadənin şah plovu məclisə geyindiyi uniformanın qol hissəsində Azərbaycan bayrağını əks etdirən xəritə ilə təqdim etməsi olub. 

Həmin an çəkilən görüntülər sosial şəbəkədə yayılaraq erməni izləyicilərin qəzəbinə səbəb olub. 

Onlar “Yeni mövsümdə əziz ermənilər, restoran seçərkən ehtiyatlı olun”, “Ya xalq olaraq bir araya toplaşmalıyıq, ya da ki, tezliklə heç nə olmamış kimi, Ermənistanda Azərbaycan bayrağı altında Azərbaycan plovu yeyəcəyik” deyə şərhlər yazıblar.


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO