Emin atasının doğum gününü əkiz övladlarının çəkildiyi VİDEO ilə TƏBRİK ETDİ

Emin atasının doğum gününü əkiz övladlarının çəkildiyi VİDEO ilə TƏBRİK ETDİ

Hazırda oxunan: Emin atasının doğum gününü əkiz övladlarının çəkildiyi VİDEO ilə TƏBRİK ETDİ

163462

Bu gün Xalq artisti Emin Ağalarovun atası, iş adamı “Tərəqqi” və “Şərəf” ordenli Araz Ağalarovun doğum günüdür.  

Bizim.Media xəbər verir ki, sənətçi valideyninin ad gününü əkiz övladları Mikayıl və Əlinin illər əvvəl çəkilən videosunu sosial şəbəkə hesabında paylaşaraq təbrik edib. 

Sözügedən görüntülərdə Mikayıl və Əli babaları A.Ağalarovu bu sözlərlə təbrik ediblər: 

“Baba, biz sizi çox sevirik. Bu gün sizin ad gününüzdür. Düşünürəm ki, babam Araz müəllim bizim üçün darıxıb. Biz sizə can sağlığı, xoşbəxtlik və çoxlu hədiyyələr almağınızı arzu edirik. Baba qoy hər zaman ad günün gözəl keçsin”. 
Qeyd edək ki, bu gün Araz Ağalarovun 68 yaşı tamam olur.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO