“Saç əkdirmədiyimə görə Səyyad Əlizadə məndən küsmüşdü” – Pünhan İsmayıllı – VİDEO

“Saç əkdirmədiyimə görə Səyyad Əlizadə məndən küsmüşdü” – Pünhan İsmayıllı – VİDEO

Hazırda oxunan: “Saç əkdirmədiyimə görə Səyyad Əlizadə məndən küsmüşdü” – Pünhan İsmayıllı – VİDEO

159640

Şair və qiraətçi Pünhan İsmayıllı mərhum müğənni Səyyad Əlizadə ilə bağlı açıqlaması ilə gündəmə gəlib.   

Bizim.Media xəbər verir ki, Pünhan qonaq olduğu “Rəngarəng səhər” verilişində bildirib ki, müğənni sağikən ondan küsüb.  

İncikliyə səbəb isə S.Əlizadənin P.İsmayıllının saç əkdirməsi üçün klinikaya ödəniş etdiyi halda şairin bu əməliyyatdan imtina etməsi olub:     

“Mərhum Səyyad Əlizadə saç əkdirməyə getməyidim üçün məndən küsmüşdü. Gedib klinikaya adımı da yazdırmışdı. Hətta əməliyyatın pulunu da ödəmişdi. Məndə bu əməliyyata getmədim. Ondan sonra Səyyad məndən küsdü. Mən isə ona söylədim ki, inciklik lazım deyil, sadəcə başıma tük əkdirmək istəmirəm”.  
Qeyd edək ki, Səyyad Əlizadə 13 sentyabrda Covid-19 xəstəliyi ilə əlaqədar Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilib. O, 17 sentyabrda Mərkəzi Gömrük Hospitalına köçürülüb. Səyyad Əlizadə 30 sentyabr 2021-ci ildə 63 yaşında koronavirus infeksiyasından vəfat etmişdir.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO