Röyanın konsertinə atası ilə qayınanası GƏLDİ - FOTO/VİDEO

Röyanın konsertinə atası ilə qayınanası GƏLDİ - FOTO/VİDEO

Hazırda oxunan: Röyanın konsertinə atası ilə qayınanası GƏLDİ - FOTO/VİDEO

153425

Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxanın sentyabrın 1,2 və 3-də Konqres Mərkəzində keçirilən "Biri var" adlı canlı solo konsertinin iki günü qeridə qalıb. 

Bizim.Media xəbər verir ki, sənətçi gecədə repertuarında yer alan, eyni zamanda yeni "14/41" albomuna daxil olan 22 mahnı səsləndirib.

Səhnə şousu üçün Röya xaricdən bahalı "Kuka" robotunu gətizdirib. Sözügedən robotun köməyi ilə müğənni bir neçə dəfə göyə qalxıb və mexanizmə birləşən kvadrat qurğunun içində uzanaraq mahnılarını ifa edib.
Gecədə üç geyim dəyişdirən estrada ulduzunun makiyajı və imici üzərində stilist Elnur Həsənov çalışıb.

Diqqət çəkən məqam isə konsertin ikinci günündə Xalq artistinin musiqiçi atası Yaqub Nəcəfovun və keçmiş həyat yoldaşı Anar Cəlilovun anasının iştirak etməsi olub.

Həddən artıq həyacanlı olduğunu dilə gətirən Röya gecənin ikinci günündə baş vermiş texniki qüsurların aradan qaldırıldığını bildirib.

Qeyd edək ki, bu gün Röyanın Konqres  Mərkəzində anşlaqla keçən konsertinin sonuncu, yəni üçüncü günü olacaq. 
 















Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO