Günel Nyu-Yorkda Hollivud aktyoru ilə GÖRÜŞDÜ – FOTO 

Günel Nyu-Yorkda Hollivud aktyoru ilə GÖRÜŞDÜ – FOTO 

Hazırda oxunan: Günel Nyu-Yorkda Hollivud aktyoru ilə GÖRÜŞDÜ – FOTO 

153284

ABŞ-da yaşayan keçmiş teleradio aparıcısı Günel Hümbətova “Pianoçu” filmi ilə daha da məşhurlaşan Hollivud aktyoru Edrien Broudi ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, Günel Nyu-Yorkda qatıldığı sərgidə aktyorla bir araya gəlib. 

Bu anı telefonun kamerasına həkk edən Hümbətova E.Broudi ilə çəkdirdiyi fotonu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Günel paylaşımına “Avqustun son günü əyləncəli keçdi. Nyu-Yorkda incəsənət tədbirlərində iştirak etmək həmişə böyük təcrübədir. Bu həm də gözəl insanlarla tanış olmaq şansıdır” sözlərini yazıb. 
Qeyd edək ki, G.Hümbətova bir neçə ay əvvəl həyat yoldaşı Firuz Soliyevlə boşandığını açıqlayıb. Cütlük 2015-ci ildə ailə qurub və ABŞ-a köçüb. Keçmiş aşiqlərin Jozefina adlı bir qızı var. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO