Samirə Əfəndi Aygün Kazımovanın daha bir mahnısını OXUDU - VİDEO

Samirə Əfəndi Aygün Kazımovanın daha bir mahnısını OXUDU - VİDEO

Hazırda oxunan: Samirə Əfəndi Aygün Kazımovanın daha bir mahnısını OXUDU - VİDEO

151046

Azərbaycanı 2020 və 2021-ci illərdə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndi Xalq artisti Aygün Kazımovanın repertuarına müraciət edib. 

Bizim.Media xəbər verir ki, Əfəndi bu dəfə Kazımovanın sözləri Elnur Məmmədova, musiqisi isə Vaqif Gərayzadəyə məxsus “Я девушка восточная” (Mən şərq qızıyam) adlı hitini ifa edib. 

Samirə sözügedən bəstəni iştirak etdiyi məclislərin birində səsləndirib. Əfəndi həmin anları isə sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Qeyd edək ki, Samirə Əfəndi daha əvvəl Aygün Kazımovanın “Bu sevgi” adlı nəğməsini ifa edərək, repertuarına daxil edib. 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO