Vüsalə Əlizadə “ATV”dən niyə gedib? - AÇIQLAMA

Vüsalə Əlizadə “ATV”dən niyə gedib? - AÇIQLAMA

Hazırda oxunan: Vüsalə Əlizadə “ATV”dən niyə gedib? - AÇIQLAMA

142726

Vüsalə Əlizadə aparıcısı olduğu “7 canlı” axşam şousundan gedib.  

Bizim.Media xəbər verir ki, Vüsalənin yerinə sözügedən verilişi bir neçə gündür ki, həmkarı İlhamə Bədəlova aparır.  

Məsələ ilə bağlı Əlizadə sosial şəbəkə hesabında post paylaşaraq “Dəyər görmədiyin, layiqincə sevilmədiyin, qısqanıldığın, enerji alamadığın ortamları cəzalandır. Tərk et...” sozlərini yazıb.

İzləyicilər isə Vüsalənin yazdığı bu sözləri proqramın yayımlandığı kanalının rəhbərliyinə aid etdiyinə işarə vurublar. Onlar aparıcıya verilişdən niyə görə ayrılmasını sorğu-sual etsələr də Əlizadə susub.  

Bizim.Media-nın əməkdaşı məsələ ilə bağlı ATV kanalının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli ilə əlaqə saxlaylıb.

O, Vüsalə Əlizadənin xəstəlik səbəbi ilə verilişə çıxmadığını bildirib:   

“Vüsalə Əlizadənin səhhətində problem yarandığı üçün “7 Canlı” verilişini bir müddət onun həmkarı İlhamə Bədəlova aparacaq. Hər şey qaydasındadır”.


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO