Xalq artisti Emin anasına mahnı həsr etdi - FOTO/VİDEO 

Hazırda oxunan: Xalq artisti Emin anasına mahnı həsr etdi - FOTO/VİDEO 

135267

Xalq artisti Emin Ağalarov yeni klipini təqdim edib. 

Bizim.Media xəbər verir ki, sənətçi sözləri və bəstəsi İvan Maqda və Yekaterina Prixodkoya məxsus "Sağ ol, ana" adlı mahnısını ekranlaşdırıb. Emin ekran işinin rejissorluğunu Anna Ovçinnikovaya həvalə edib. Sözügedən bəstə sənətçinin mayın 12-də işıq üzü görəcək yeni albomunda da yer alacaq.

E.Ağalarov yeni layihəsi ilə bağlı bu fikirləri dilə gətirib: 

“Bəzən bizi məsafələr, qayğılar və əməllər, zaman ayırır. Ancaq bu gərgin həyatda mənim üçün ən vacib və dəyişməz şeylər var - ailə və sevgidir. Ana, istəyirəm ki, səni həmişə çox sevdiyimi biləsən və xatırlayasan. Bu mahnı ilk notlardan qəlbimə hopdu, eşitdikcə sənə olan bütün münasibətimi, bütün minnətdarlığımı ifadə edir. Sağ ol, ana. Daha uzun illər mənimlə qal. Oğlun Emin” 

Rəşad Əliyev, Bizim.Media
 






 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO