Brilliant Dadaşova plastik əməliyyat etdirib? - VİDEO 

Hazırda oxunan: Brilliant Dadaşova plastik əməliyyat etdirib? - VİDEO 

128443

Xalq artisti Brilliant Dadaşova illərdir ki, haqqında gəzib-dolaşan plastik əməliyyat keçirməsi ilə bağlı xəbərlərə münasibət bildirib.  

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında söz açıb.  

Dadaşova 34 il əvvəl lentə alınan arxiv görüntülərini izləyiciləri ilə bölüşərək, bu sözləri yazıb:

"1987 ci il. Musiqi: Eldar Mansurov. Sözlər: Baba Vəziroğlu. Dostlar, gördüyünüz kimi... “Burun, dodaq əməliyyatı, üz korreksiyası, filan-beşməkan edib” deyənlər, bəzi dedi-qodu uyduranlar, görsünlər ki, heç nə dəyişdirməmişəm. Amma onu da deyim ki, artıq bu dövrdə makiyaj daha düzgün edilir.  
Bu çəkilişlərdə isə özüm qeyri-professional makiyaj edirdim. Buna makiyaj demək olarsa".
 




Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO