Hiss: “Paxıllıq etməyi dayandırıb, özünüzə köklənin“ - VİDEO

Hazırda oxunan: Hiss: “Paxıllıq etməyi dayandırıb, özünüzə köklənin“ - VİDEO

128388

“Əgər bu dünyada uğurlu insan görürsünüzsə, deməli o, çox yaxşı insandır. Çünki içi, niyyəti təmizdir ki, qarşılığını alır. Nə etsən yerində sayan, bir şey edə bilməyən insan görürsünüzsə deməli, göndərdiyi frekans (enerji dalğası – red.) səhvdir ki, ona eynisi qayıdır. Necə ki, hər şey karmadı”.    

Bizim.Media xəbər verir ki, bu sözləri Hiss ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Röya Məmmədova sosial şəbəkə hesabında yazıb.  

Sənətçi insanların bir-birinə olan paxıllıq hisslərindən söz açıb:    

“Başqası haqqında pis düşünsən özünə qayıdır, yaxşı düşünsən də özünə qayıdır. Yəni əslində heç kimə heç nə etmirsən, özündən başqa. Çünki sistem belə işləyir. Əgər uğurlu ola bilmirsinizsə bunu heç kimə bağlamayın. Düşüncələrinizi və niyyətinizi dəyişin ki, siz də uğurlu olasınız. Başqasına paxıllıq etməyi dayandırıb, özünüzə köklənin. Niyyətinizi dəyişin!”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO