Nazilə Nigarın müdafiəsinə qalxdı, Rövşanəni “yıxıb sürüdü” - QALMAQAL/VİDEO

Hazırda oxunan: Nazilə Nigarın müdafiəsinə qalxdı, Rövşanəni “yıxıb sürüdü” - QALMAQAL/VİDEO

127819

“Rövşanə xanım xətrinizə dəyməsin, amma mənə elə gəlir ki, sizin verilişinizə gəlməmişdən əvvəl insan bir az düşünməlidir ki, gedim ya getməyim”. 

Bizim.Media xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib. 

Sənətçi ötən gün “Space səhər” verilişində qonaq olan Əməkdar artist Nigar Şabanovanın proqramın aparıcısı Rövşanə Ağasəfqızı tərəfindən xoş olmayan rəftarını sərt şəkildə tənqid edib:
“Şəxsi həyatını paylaşmayan bir insana deyirsiniz ki, siz Sibel Can, Hülya Avşar deyilsiniz. Xoşunuza gələr sizə desələr ki, Larri Kinq, Opra Uinfrey, Nailə İslamzadə, Lamiyə Ələkbərova, Leyla Quliyeva deyilsiniz. O nə müqayisədir?  O qız niyə kimsə olmalıdır? Niyə bu cür yanaşırsınız? Bu cür doğrudur yanaşmaq? Paylaşmır, paylaşmır da... Onun şəxsi fikridir. Əgər ittihamdırsa, özü də cavab verəcək”. 

Qeyd edək ki, Rövşanə Ağasəfqızı aparıcısı olduğu proqramda “Hülya Avşarın, Sibel Canın ailəsi maraqlıdır.

Siz də məşhursunuz, hamıya maraqlısınız” ifadəsinə Nigar “Hülya Avşar mənim üçün heç kimdir. Səsimin, sənətimin yanında heç kimdir. O, nə böyük adamdır, sənəti nədir ki?” sərt şəkildə fikir bildirib. Bundan sonra Şabanovanın canlı yayımda mikrofonu söndürülüb.   

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO