Dünya pop səhnəsinin ulduzu Cennifer Lopez görünüşü ilə məsxərə obyektinə çevrilib.
Bizim.Media xəbər verir ki, “Qremmi” mükafatına namizəd olan sənətçi rəqs studiyasına gedərkən paparasilərin obyektivinə yaxalanıb.
Müğənni rahat “legensi” və “ugg” çəkmələri geyinib.
Görünüşün əsas məqamı, bir ildən artıqdır ki, geyindiyi nəhəng qoyun dərisindən hazırlanan xəz palto olub.
Əgər əvvəllər 53 yaşlı məşhur geyim-keçiminə diqqətlə yanaşırdırsa, bu dəfəki obrazı izləyicilərin dili ilə desək, uğursuz olub.
Lopez tərəfindən kiçik bir nəzarətsizlik onu “dilə-dişə” salıb.
İzləyicilər ““Bu dünyada Cenniferin geyimindən daha pis paltar varmı?”, “Əgər o, bu paltoda yaxşı göründüyünü düşünürsə, o zaman öz üslubu haqqında düşünməlidir”, “Xəz ifritəsi”” deyə Cenniferi tənqid ediblər.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:19 / 16.02.2023
Cenniferin geyimini “burnundan gətirdilər”: “Xəz ifritəsi” - FOTO
Hazırda oxunan: Cenniferin geyimini “burnundan gətirdilər”: “Xəz ifritəsi” - FOTO
Hazırda oxunan: Cenniferin geyimini “burnundan gətirdilər”: “Xəz ifritəsi” - FOTO
120731
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.