Məşhur müğənni zəlzələdə 10 ailə üzvünü İTİRDİ - FOTO

Məşhur müğənni zəlzələdə 10 ailə üzvünü İTİRDİ - FOTO

Hazırda oxunan: Məşhur müğənni zəlzələdə 10 ailə üzvünü İTİRDİ - FOTO

120387

Episentri Kahramanmaraş olan və 10 vilayətdə böyük dağıntılara səbəb olan zəlzələdə müğənni Karsu Dönmez on ailə üzvünü itirib.

Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, ifaçı telefonla qoşulduğu verilişlərin birində yaşadığı çətin günləri izah edərkən göz yaşlarına hakim ola bilməyib.

“Aliyə xalamı, uşaqları və nəvələrini, əmim oğlu Tunanı, ərini və oğlunu, əmim oğlu Aytülü, ərini və 3 qızını, Meral xalamı itirdik... 89 yaşlı qoca nənə və əmimin həyatını xilas edə bildilər” , - deyə Dönmez vurğulayıb.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO