Nadir gəlininin Yeni İl hədiyyələrini GÖSTƏRDİ - VİDEO 

Hazırda oxunan: Nadir gəlininin Yeni İl hədiyyələrini GÖSTƏRDİ - VİDEO 

112558

Müğənni Nadir Qafarzadə gəlini Əntiqə ilə bağlı diqqət çəkən paylaşım edib.  

Bizim.Media xəbər verir ki, sənətçi oğlu Loğmanın həyat yoldaşının ona və qayınanasına aldığı Yeni il hədiyyələrinin görüntüsünü sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Əntiqə müğənni qaynatasına üstündə şəkli olan “Dünyanın ən qayğıkeş, zəhmətkeş  atası və qayınatası” sözləri yazılan köynək bağışlayıb. Nadir gəlinindən aldığı hədiyyəyə “Bu gəlinlər bir başqa aləmdir” şərhini yazıb.

Qeyd edək ki, Nadir Qafarzadənin oğlu Loğman Əntiqə adlı xanımla ötən ilin dekabrında ailə qurub. Müğənninin Əziz adında daha bir övladı var. Moskvada yaşayan Əziz müğənni kimi fəaliyyət göstərir.

Rəşad Əliyev, Bizim.Media
 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO