İbrahim Çingiz: “Xalq artistləri gündəmdə qalmaq üçün ekran işlərinə pulsuz çəkilirlər” - VİDEO

İbrahim Çingiz: “Xalq artistləri gündəmdə qalmaq üçün ekran işlərinə pulsuz çəkilirlər” - VİDEO

Hazırda oxunan: İbrahim Çingiz: “Xalq artistləri gündəmdə qalmaq üçün ekran işlərinə pulsuz çəkilirlər” - VİDEO

108346

“Yaşlı nəsil aktyorların çoxu serial və filmlərə “qəpik-quruş”a çəkilir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru İbrahim Çingiz qonaq olduğu “YouTube”da yayımlanan “Qırmızı” layihəsində deyib. 

Aktyor bildirib ki, bir sıra fəxri adı olan həmkarları gündəmdə olmaq üçün serial və filmlərə pulsuz çəkilir:

“Bunu gündəmdə olmaq, efirə çıxmaq üçün edirlər. Amma onların fəxri adları var. Xalq və Əməkdar artistdirlər. Elə tərəf müqabillərim olub ki, onlar 98 dubla çəkiliblər. Efirdə isə onları tərifləyib, deyiblər ki, bu rolu gözəl oynadın. Amma fakt mən 98-ci dublumu oynamışdım və artıq yorulmuşdum. Amma o adam gözəl oynadı, çünki, 98 dəfə gəlib çatdı o nöqtəyə ki o rolu oynasın”.

Qeyd edək ki, İbrahim Əməkdar artist Çingiz Əhmədovun oğludur. Həmkarı Aydan Axundzadə ilə evli olan İbrahim bir neçə aydan sonra qız atası olacaq. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO