Kirkorovdan qızına 52 minlik ad günü HƏDİYYƏSİ - VİDEO

Kirkorovdan qızına 52 minlik ad günü HƏDİYYƏSİ - VİDEO

Hazırda oxunan: Kirkorovdan qızına 52 minlik ad günü HƏDİYYƏSİ - VİDEO

107335

Rusiyanın Xalq artisti Filipp Kirkorov qızı Alla Viktoriyanı 11 yaşı münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, epotajlı estrada ulduzu qızına çiçəklər və şirniyyatlardan əlavə, “Louis Vuitton” brendinin ən son kolleksiyasından olan dəbədəbəli sırğaları hədiyyə edib.

Zinət əşyası Kirkorova 52000 rubla (təxminən 1440 manat) başa gəlib.

Filipp balaca şahzadəsini sosial şəbəkə hesabında bu sözlərlə təbrik edib: 

“Mənim Qar Kraliçam! Mən sənə ildən-ilə qış nağılını hədiyyə verəcəm. Buna söz verirəm”.

Qeyd edək ki, sevimli qızı üçün belə bahalı hədiyyənin Kirkorovun büdcəsinə zərər vurması ehtimalı yoxdur. Çünki, bir çıxış üçün müğənni bir neçə milyon rubl qonorar alır. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO