Xalq artisti Röya Ayxan yeni imici ilə təəccübləndirib.
Bizim.Media xəbər verir ki, son günlər tez-tez tərzini dəyişən sənətçi bu dəfə tünd şabalıdı rəngli saçlarını kürən rəngə boyayıb.
Röyanın yeni saç rənginin müəllifi dünyaca məşhur stilist və vizajist Anar Ağakişiyevə məxsusdur.
Populyar estrada ulduzu yeni görkəmdə çəkdirdiyi fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Bu dəfə isə sosial şəbəkə əhlinin fikirləri Röyanın yeni səhnə obrazı ilə bağlı yarıya bölünüb. Kimi müğənniyə bu saç rəngini yaraşdırıb, kimi də bəyənmədiyini yazaraq, ağız büzüb.
Röya Ayxan isə yazılan istər müsbət, istərsə də neqativ şərhlərə cavab verməyib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
21:47 / 27.11.2022
Xalq artisti Röya yeni görkəmi ilə TƏƏCCÜBLƏNDİRDİ - FOTO
Hazırda oxunan: Xalq artisti Röya yeni görkəmi ilə TƏƏCCÜBLƏNDİRDİ - FOTO
Hazırda oxunan: Xalq artisti Röya yeni görkəmi ilə TƏƏCCÜBLƏNDİRDİ - FOTO
106607
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.