Bakıda 70 kanalizasiya qapağı oğurlandı  - DİN-dən açıqlama

Bakıda 70 kanalizasiya qapağı oğurlandı - DİN-dən açıqlama

Hazırda oxunan: Bakıda 70 kanalizasiya qapağı oğurlandı - DİN-dən açıqlama

99426

Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

DİN mətbuat xidmətindən Moderator.az-a daxil olan xəbərə görə, respublika Nəqliyyat Nazirliyinin “Azəryolservis”x9d Açıq Səhmdar Cəmiyyəti Daxili İşlər Nazirliyinə müraciət edərək son günlər paytaxtın mərkəzi küçə və prospektlərində, eləcə də xüsusi dövlət əhəmiyyətli yollarda rabitə-kommunikasiya xidmətlərinə məxsus quyuların qapaqlarının qeyri-müəyyən şəraitdə oğurlanması barədə məlumat verib.

Dərhal həyata keçirilən təxirəsalınmaz tədbirlərlə bu qəbildən olan silsilə oğurluqları törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Müşfiq Həsənov və Bərdə rayon sakini Ülfan Alıyev saxlanılıb.

İlkin dindirmə zamanı onlar cinayət törədərkən M.Həsənovun idarə etdiyi “VAZ 2107”x9d markalı avtomaşından istifadə etdiklərini, son iki ay ərzində yağış sularının axıdılması üçün quraşdırılan 70-ə yaxın dəmir barmaqlıqları oğurladıqlarını etiraf ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bakıda 70 kanalizasiya qapağı oğurlandı -  DİN-dən açıqlama
Bakıda 70 kanalizasiya qapağı oğurlandı -  DİN-dən açıqlama

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO