Ələkeçməz dələduz...

Ələkeçməz dələduz...

Hazırda oxunan: Ələkeçməz dələduz...

87324
Müasir həyatda  nə “cilddə”x9d desən  dələduzlarla  rastlaşmaq olur. Kimisinin mənzil almaq üçün verdiyi pulları “İş adamı”x9d  mənimsəyir, kimisinin işə düzəlmək üçün verdiyi pulları müxtəlif titullu “peşə sahibləri”x9d... Düzü, həkim qiyafəsində dələduzun məcaraları  ilə sanatoriyada tanış  oldum... 
        
Sankt-Peterburqda tibbi təhsil  aldığını  söyləyən Orxan adlı bir “həkim”x9d 3 ildir ki, yay mövsümündə “Bilgəh”x9d, “Abşeron”x9d “Qaranquş”x9d və “Günəşli”x9d sanatoriyalarında meydan sulayır. Özünü peşəkar həkim-androloq kimi qələmə  verən bu adam 18 günlük  istirahətə və müalicəyə gələn yaşlı kişilərin şirin dillə qılığına girir, ayaqüstü söhbət əsnasında  güya “bildiyi diaqnozu”x9d qoyur, sonra “keyfiyyətli dərman peraparatları”x9d  almaq adı ilə onların  pullarını  alıb,  bir müddət  “qeybə çəkilir”x9d.  
      
Bu yazını  onun “Bilgəh”x9d Kardioloji sanatoriyasında olduğum son günlərdə Qarabağ müharibəsi əlilini də aldadaraq pulunu mənimsəməsi faktını eşidəndən sonra yazmaq qərarına gəldim.  Deyilənə görə, Orxan “həkim”x9d  “ovunun”x9d  etibarını qazanmaq üçün bəzən  “Azərbaycanın dərman bazarından”x9d müxtəlif  adlı  “məcunlar”x9d da gətirir.  Lakin Mərkəzi Nəzarət Laboratoriyasından yoxlamadan keçməyən belə dərmanların sağlamlığa zərərli olduğu şübhə doğurmur. Ona görə sanatoriyanın həkimləri  “xəstələrə”x9d  həmin dərmanları qəbul etməyi məsləhət görmürlər.  Orxansa  sanatoriya güya “Ankara”x9d  Tibb  Mərkəzində  işlədiyini,  orada müalicənin baha  başa gəldiyini  nəzərə alıb sanatoriyalarda  “səyyari xidmət”x9d göstərdiyini söyləyərək istirahətə təzə gələnləri aldatmaqda davam edir.
     
Maraqlananlar “Ankara”x9d Tibb Mərkəzində Orxan adında həkimin çalışmadığı  bildirir.  Peşəkar dələduz  pulun  tələb edənləri hədələməkdən, təhqir etməkdən də çəkinmir,  onların  telefon  zənglərinə   cavab  vermir.  Orxanın dələduzluq əməlləri  təkcə  “dərman alveri”x9d ilə bitmir. O, sanatoriyaya “putyovkasız”x9d  gələnlərdən  pul alıb, onlara   ucuz qiymətə  “putyovka”x9d alacağını  bildirir.
         
Nəticədə  ona   dərman  və ya  “putyovka”x9d  üçün  pul  verən adamlar bezib-usanırlar, pullarını geri almadan evlərinə dönürlər. Orxanın dələduzluğu  barədə Azərbaycan Respublikası  Daxili İşlər  və Səhiyyə Nazirliklərinə də  müraciət  edilib.

    
Haqq nazilər, üzülməz deyiblər. Yuxarıda adını qeyd etdiyim sanatoriyalarda çalışan həkimlərin dəfələrlə xəbərdarlığına baxmayaraq, Orxan dələduzluq  əməllərini hələ də davam  edir. 
       
Bir qələm sahibi, vətəndaş olaraq ümidvaram ki, gec ”“ tez bu dələduz “həkim”x9d  layiq olduğu cəzanı  alacaq!  

                             
AzərNUR                          
                                                     
“Bilgəh”x9d kardioloji  sanatoriyası
                                                                                                            
24.07.2015-ci il.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO